Rusiya yığmasının 2026-cı il Qış Olimpiya Oyunlarında iştirakına icazə verilməyək.
“İki sahil” "SVT Sport"a istinadla xəbər verir ki, bunu Beynəlxalq Buzlu Hokkey Federasiyasının (IIHF) rəhbəri Luk Tardif deyib.
"Biz açıq şəkildə bildirdik ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsini (ROK) xəbərdar etməlidir və onlar bunu etdilər. Biz BOK-dan Rusiya komandasının yarışa buraxılmadığını rəsmən elan etməsini istəyirik", - Tardif bildirib.
Qeyd edək ki, Olimpiya Oyunlarında Rusiya seçməsinin əvəzinə növbəti ən yüksək reytinqli komanda olan Fransa millisi mübarizə aparacaq.