25 may 2025 23:15
94

Naxçıvanda ağır yol qəzası olub, 5 nəfər xəsarət alıb

Şahbuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Naxçıvan-Batabat yolunun Biçənək kəndi ərazisində baş verib. “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Babək rayon Şəkərabad kənd sakinləri – 2014-cü il təvəllüdlü Fərhad Ceyhun oğlu Vəliyev, 2005-ci il təvəllüdlü Nuray Həsən qızı Həsənova, 2004-cü il təvəllüdlü Surə Zeynal qızı Zeynalova, 2003-cü il təvəllüdlü Nihad Həsən oğlu Həsənov, 2002-ci il təvəllüdlü Fərahim Ceyhun oğlu Vəliyev xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.