26 may 2025 10:25
114

Bakıda dünyada baş verən islamofobiya hallarını özündə əks etdirən film nümayiş olunub

Bakıda dünyada baş verən islamofobiya hallarını özündə əks etdirən film nümayiş olunub.

Filmin nümayişi “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransda baş tutub.

Filmdə Azərbaycanın bu ayrı-seçkiliyə qarşı mübarizə yollarından və İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün elan olunmasından sonra rəsmi Bakının bu günə həsr olunmuş ardıcıl tədbirlər keçirməsindən bəhs edilib.

“Report”