26 may 2025 10:40
220

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, sözügedən döyüş sursatları 26-30 may tarixlərində  təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".