26 may 2025 23:57
193

Müstəqillik Gününə həsr olunan idman yarışları

Astara Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Astara Olimpiya İdman Kompleksinin dəstəyi ilə “28 May Müstəqillik Günü”nə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdlərdən  ibarət komandalar arasında futzal idman növü üzrə Astara rayon açıq turniri keçirilib.

2 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi Afət Əkbərovun hakimliyi altında 8  komanda  Olimpiya sistemi üzrə   mübarizə aparıb. I yerə Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəb, II yerə Astara şəhər Ceyhun Babayev adına 3 saylı tam orta məktəb, III yerə isə Astara rayon Aqşin Hüseynov adına Suparıbağ kənd tam orta məktəbin komandası layiq görülüb.

Fəxri yerləri qazanan komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok və diplomları ilə təltif olunublar.

Lerikdə “28 May-Müstəqillik Günü” münasibətilə  voleybol idman növü üzrə  böyüklər arasında rayon turniri keçirilib. Rayonda Kitabəli Həmidov adına Ambu kənd tam orta məktəbinin idman zalında baş tutan  turnirdə 5 komanda birincilik uğrunda bir-birini sınağa çəkiblər.  Dairəvi sistem üzrə keçirilən turnirdə  Lerik şəhər Ərazi İcra Nümayəndəliyinin komandası  bütün rəqiblərdən üstün çıxaraq birinci olub.   II yeri Əliabad bələdiyyəsinin “Gürdəsər” komandası, III yeri isə Şingədulan bələdiyyəsinin “Livədirqə” komandası qazanıb.

Qalib komandalar turnirin təşkilatçısı olan Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok və diplomlarına layiq görülüb.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü