26 may 2025 17:25
148

Əfv Sərəncamı 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub

Prezident İlham Əliyevin mayın 26-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra edilib.

“İki sahil” xəbər verir ki, Sərəncam bu müəssisədə ümumilikdə 29 məhkuma şamil olunub.

Onlardan 27-si azad edilib, 2 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.