Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatıb.
“İki sahil” xəbər verir ki, Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, hazırda qeydiyyatını tamamlayaraq təsdiq etmiş namizədlərin elektron ərizələrinin emalı prosesinə başlanılıb. Elektron ərizələr yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.
Qeyd edək ki, ötən illərdə olduğu kimi, cari ildə də müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək.
Xatırladaq ki, elektron sənəd qəbulu mayın 22-dən 29-dək aparılıb.