Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Zərdab, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 26-27 may 2025-ci il tarixlərində təhsil müəssisələrində mərkəzlərin və yerli idarələrin əməkdaşları, tarix müəllimləri və şagirdlərin iştirakı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində 28 May – Müstəqillik Günü münasibətilə maarifləndirici tədbirlər keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirlərdə çıxış edənlər Azərbaycan Xalq Cumhuriyyətinin yaranması və fəaliyyəti haqqında iştirakçılara məlumat verib, eyni zamanda Vətən müharibəsində ordumuzun keçdiyi döyüş yolu, işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, vətəndaşlarımızın doğma yurdlarına qayıtmasından danışıblar.
Tədbirlərdə mövzu ilə əlaqəli video material, məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.