29 may 2025 14:22
183

Türkiyədə yeni konstitusiya ilə bağlı işlərə başlanılır

Qurban bayramdan sonra Türkiyədə yeni konstitusiya ilə bağlı işlərə başlayacaqlar.

“İki sahil” "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Prezident bildirib ki, yeni konstitusiya üzərində işləmək üçün 11 nəfər təyin edilib:

"Biz qəyyumluqdan azad, demokratik legitimliyi gücləndirən, hüquq və azadlıqları təmin edən yeni bir mətn istəyirik".