29 may 2025 16:00
221

Serbiya müdafiə sənayesi şirkətləri Ukraynaya kömək edir

Serbiya müdafiə sənaye şirkətləri Belqradın neytral mövqeyinə baxmayaraq, Ukraynanı sursatla təmin etməyə davam edir.

“İki sahil” xəbər verir ki,  bu barədə RT Rusiya Xarici Kəşfiyyat Xidmətinə istinadla məlumat yayıb.

"Serbiyanın hərbi sənayesi Rusiyanı arxadan vurmağa çalışır. Daxil olan məlumata görə, Serb müdafiə şirkətləri rəsmi Belqradın bəyan etdiyi neytrallığa baxmayaraq, Kiyevə sursat tədarükünü davam etdirirlər", - deyə, məlumatda qeyd edilir.