Böyük Britaniya Rusiya və Çinə qarşı kiberhücumları gücləndirmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin rəhbəri Con Healeyə istinadla "The Times" nəşri məlumat yayıb.
"Bəli. Kiber komandanlığın yaradılması təkrarçılığın aradan qaldırılması, yeni standartların müəyyən edilməsi və hücum və müdafiə xarakterli kiberhücumlar üçün səlahiyyətlərin verilməsi işinin bir hissəsidir", - "The Times" Healey-dən sitat gətirib.
Onun sözlərinə görə, Moskva bu cür hücumların sayını xeyli artırıb, ona görə də London bu cür hərəkətlərə cavab verməlidir.
Bundan əvvəl “The Telegraph” qəzeti Böyük Britaniyanın Müdafiə Nazirliyinin Rusiya ilə kibermüharibə komandanlığı yaratdığını yazmışdı.