"Zenit" futbol klubunun direktorlar şurası rəhbərliyi və məşqçi heyətini saxlamaq qərarına gəlib.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
"Zenit"in baş məşqçi postunu 2018-ci ildən Sergey Semak tutur. Klubun idarə heyətinin sədri Aleksandr Medvedevdir.
"İclasdan sonra İdarə Heyətinin, klubun rəhbərliyinin və komandanın məşqçilər korpusunun tərkibinin saxlanılması barədə qərar qəbul edilib. Klubun strategiyası dəyişməz olaraq qalır. Qarşıdan gələn 100-cü mövsüm üçün vəzifə qoyulub: RPL çempionatında qızıl medallar", - deyə, Sankt-Peterburq komandasının məlumatında deyilir.