Sabah səhər saatlarından axşam saatlarına qədər Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində içməli suyun verilməsində fasilə yaranacaq.
“İki sahil” Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadla xəbər verir ki, fasiləyə səbəb qəsəbəni içməli su ilə təmin edən magistral xətdə aparılacaq təmir və bərpa işləridir.
Təmir işləri başa çatdıqdan sonra suyun verilişi əvvəlki rejimdə bərpa ediləcək.