30 may 2025 13:45
161

“Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabı rus dilində çap olunub

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun birgə layihəsi əsasında hazırlanan “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabının rus dilində nəşri işıq üzü görüb.

“İki sahil” xəbər verir ki,  BŞİH-dən bildirilib ki, kitab Vətən müharibəsindən sonra ölkəmizdə baş verən mühüm tarixi hadisələri əhatə edir. Buraya Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən antiterror tədbirləri, Xankəndi, Ağdərə, Xocalı, Əsgəran və Xocavənddə Azərbaycanın suverenliyinin təmin olunması, eləcə də tarixi hərbi parad və “Böyük Qayıdış” proqramı çərçivəsində görülən işlər daxildir.

Rus dilinə tərcümə edilən nəşr “История Отечественной войны. Восстановление территориальной целостности Азербайджана – Фактор личности” adı ilə işıq üzü görüb. Nəşrin postsovet ölkələrində və Şərqi Avropada rusdilli oxuculara təqdim edilməsi planlaşdırılır. Həmçinin müxtəlif universitetlərə, kitabxanalara və informasiya vasitələrinə göndərilməsi nəzərdə tutulur. Nəşr xaricdə Azərbaycanın postmüharibə dövründəki inkişafı və quruculuq prosesləri haqqında məlumatlılığın artırılmasına xidmət edəcək.