30 may 2025 13:07
132

Sabah Azərbaycanda temperatur 36 dərəcəyədək yüksələcək

Azərbaycanda mayın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.

“İki sahil” xəbər verir ki,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 17-21, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı ehtimal edilir.