30 may 2025 13:10
138

Xəzər dənizində zəlzələ olub

Mayın 30-da Xəzər dənizində zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,1 olan zəlzələ yerli vaxtla saat 12:29-da qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 33 kilometr olub.