30 may 2025 15:42
202

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Qazaxıstanda hazırlıq keçəcək

Yunan-Roma güləşi üzrə Azərbaycanın U-20 millisi iyunun 1-də növbəti təlim-məşq toplanışına start verəcək.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Güləş Federasiyasından bildirilib ki, Qazaxıstanın Çimkənd şəhərində yerləşən Alma-Tau təlim-məşq bazasında yerli komanda ilə birgə baş tutacaq hazırlıq prosesi iki həftə davam edəcək.

Avropa çempionatına hazırlıq xarakteri daşıyan toplanışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Turac Həsənli və Zöhrab Abbasovun rəhbərliyi altında Turan Daşdəmirov (55 kiloqram), Ayxan Cavadov, Vədat Qasımlı (hər ikisi 60 kiloqram), Tural Əhmədov (63 kiloqram), Fəraim Mustafayev, Roman Kərimov (hər ikisi 67 kiloqram), Kamran Rəcəbli, Seymur Qasımov (hər ikisi 72 kiloqram), Davud Məmmədov, Cavad Məmmədov (hər ikisi 77 kiloqram), Elmin Əliyev, Cavidan Nəhmətov (hər ikisi 82 kiloqram), Orxan Hacıyev (87 kiloqram), İsmayıl Rzayev (97 kiloqram) və Məzaim Mərdanov (130 kiloqram) iştirak edəcək.