Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç bəyan edib ki, Rusiya idmançılarının komanda turnirlərinə qayıtması məsələsinə qurumun şurasının növbəti iclasında baxıla bilər.
“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
"Artıq qərar vermişik ki, uşaq, gənclər və paralimpiya komandalarında oynamaq imkanını bərpa edək. İstənilən halda, bu il müzakirə edəcəyik. Bu il bizim çoxlu komanda turnirlərimiz yoxdur və bütün şahmatçılarımız istənilən halda fərdi turnirlərdə iştirak edirlər. Bu mövzu şuranın hər iclasında qaldırılır və mən ümid edirəm ki, nə vaxtsa bu məsələni müzakirə edə biləcəyik.”, – deyə, Dvorkoviç bildirib.