30 may 2025 16:42
191

"Volkswagen" ciddi çətinliklərlə üzləşib

Almaniyanın "Volkswagen" avtomobil şirkəti ciddi çətinliklərlə üzləşib.

“İki sahil” xəbər verir ki, bu barədə avtomobil istehsalçısının baş direktoru Oliver Blume “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində məlumat verib.

O, alman şirkətlərinin çox uzun müddət əldə etdikləri nailiyyətlərə arxalandığını və dünyanın sürətlə dəyişdiyini çox gec başa düşdüklərini ifadə edib.

"Məhsullarımızda dizayn və keyfiyyət çatışmazlıqları var idi. Proqram təminatı ilə bağlı böyük problemlər yaşadıq" deyən Blume, "Volkswagen"in dəyişən müştəri tələblərini qarşılamaq baxımından rəqiblərindən xeyli geridə qalmağa başladığını bildirib.

Mart ayında "Volkswagen"in baş direktoru şirkətin zavodlarında silah və hərbi texnika istehsalına icazə verib.