30 may 2025 19:28
176

Ağdərədə mülki şəxs minaya düşüb

Ağdərə rayonu ərazisində mülki şəxs minaya düşüb.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.

Məlumata görə, Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən minaya düşüb.

Hazırda yaralının ərazidən götürülməsi üçün işlər aparılır.