31 may 2025 08:37
178

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? - Həkim təhlükə barədə xəbərdarlıq etdi

Alkoqol qəbulundan sonra üzün qızarması adətən həzm orqanları xərçənginin inkişaf riskinin artdığını göstərir.

Bu barədə təcili yardım həkimi Maykl Mrozinski danışıb.

Həkim bildirib ki, alkoqola olan bu geniş yayılmış reaksiya asetaldehidin yüksək səviyyədə olması ilə izah olunur. Onun sözlərinə görə, bu toksik (zəhərli) maddə qanı üzə doğru axmağa "məcbur edir", həmçinin başağrıları, ürəkbulanma və ürək döyüntülərinin sürətlənməsinə səbəb olur. Mrozinski əlavə edib ki, asetaldehidin yığılmağa davam etməsi mədə-bağırsaq traktının yuxarı hissəsini zəhərləyir.

"Əgər alkoqol içdiyiniz zaman qızarırsınızsa, o zaman mədə xərçəngi, qida borusu xərçəngi və ehtimal ki, mədəaltı vəzi xərçənginə tutulma riskinə məruz qalırsınız", - deyə həkim bildirib.

Mütəxəssis qeyd edib ki, orqanizmin zəhərli asetaldehiddən tez zamanda xilas olması bir neçə gendən asılıdır. Buna görə də, o, alkoqola həssaslıq halında riski azaltmağın yeganə yolunun alkoqoldan imtina etmək olduğunu deyib.

Oxu.Az