31 may 2025 08:52
159

Almaniya Trampa görə ABŞ-dəki qızıl ehtiyatlarını ölkəyə qaytarmaq istəyir

Almaniya ABŞ prezidenti Donald Trampın siyasəti ucbatından ABŞ-dəki anbarlarda saxlanılan qızıl ehtiyatlarını itirməkdən qorxur.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi avropalı siyasətçilərə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Almaniya hakimiyyəti Trampın ABŞ Federal Ehtiyat Sisteminə hücumlarından narahatdır.

Hazırda ABŞ-da təxminən 1250 ton alman qızılı saxlanılır.

Almaniya parlamentinin deputatı Markus Ferber bildirib ki, Tramp gözlənilməzdir və onun nə vaxtsa xarici qızıl ehtiyatlarının idarə olunması ilə bağlı yeni ideyalar irəli sürəcəyini istisna etmək olmaz. O əlavə edib ki, ABŞ Almaniya və Avropa üçün etibarlı tərəfdaş olmaqdan çıxıb.