31 may 2025 11:05
184

Təyyarədə "bomba" söhbəti: 3 nəfər saxlanılıb

Ankaradan (Türkiyə) Diyarbəkirə uçmağa gedən sərnişin təyyarəsində söhbətdə "bomba" sözündən istifadə edən 3 sərnişin saxlanılıb.

İki sahil” “Haber Global”a istinadla xəbər verir ki, vəziyyətdən xəbər tutan pilot təhlükəsizlik protokollarını işə salıb və polisi təyyarəyə çağırıb.

Təyyarə ətraflı axtarışdan sonra Diyarbəkirə getmək üçün havaya qalxıb.

Saxlanılan 3 nəfər cərimə olunaraq sərbəst buraxılıb.

Sərnişinlərin də 1 il müddətinə “qadağan olunmuş sərnişin” siyahısına salındığı öyrənilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”