31 may 2025 13:00
175

Abşeron rayonunda silah-sursat aşkarlanıb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən “İki sahil”ə bildirilib ki, keçirilən növbəti profilaktik tədbir nəticəsində 41 yaşlı kişi 1 avtomat silahı, 1 patron darağı və 15 patronu polisə könüllü təhvil verib.

Araşdırma aparılır.