"Mançester Yunayted"lə müqaviləsi başa çatan Conni Evans karyerasını bitirib.
“İki sahil” xəbər verir ki, 37 yaşlı irlandiyalı müdafiəçi bu barədə özü açıqlama verib.
Qeyd edək ki, "Mançester Yunayted"in yetirməsi olan Evans "Antverpen", "Sanderlend", "Vest Bromviç" və "Lester Siti"də də çıxış edib. O, "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 241 rəsmi matçda 8 qol vurub və 7 məhsuldar öötürmə edib. Evans Şimali İrlandiya milli komandasının heyətində 107 oyun keçirib.