"Makronun yəhudi dövlətinə qarşı səlib yürüşü davam edir. Faktlar Makronu maraqlandırmır. Qəzzada heç bir humanitar blokada yoxdur. Bu açıq-aşkar yalandır."
“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, bu fikirləri Fransa prezidenti Emmanuel Makron Fələstin dövlətinin tanınması və İsrailin Qəzzaya humanitar yardımı əngəlləməsi ilə bağlı açıqlamalarına münasibət bildirər İsrail Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, Makron İsrailə sanksiyalar tətbiq etməyə çalışır.
Qeyd edək ki, Fələstin dövlətinin tanınması və İsrailin Qəzzaya humanitar yardımı əngəlləməsi ilə bağlı açıqlamalar verən Fransa prezidenti deyib: “İsrailin istədiyini edə biləcəyini qəbul etsək, hətta terror hücumlarını pisləsək belə, dünyanın qalan hissəsində öz etibarımızı itirəcəyik”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”