31 may 2025 17:58
191

Maskın gözünü kim göyərdib? Özü açıqladı

Amerikalı sahibkar Elon Mask ABŞ prezidenti Donald Trampla Oval kabinetdə (Ağ evdə – red.) jurnalistlərin suallarını cavablandırıb.

İki sahil” xəbər verir ki, gözündəki göyərmə ilə diqqət çəkən Mask bir müddət əvvəl ayrıldığı Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə bağlı açıqlamalar verib.

Mətbuat konfransında gözündə qançıra toxunan Mask deyib: "5 yaşlı oğlum X ilə oynayırdım. Ona "üzümü vur" dedim, o, məni vurdu. Pis deyil, heç fikir vermədim".

Tramp isə zarafatla “X bunu edə bilər”, - deyərək Maska dəstək verib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”