Bakda təşkil olunan minifutbol üzrə dünya çempionatında üçüncü yerin sahibi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bürünc medal uğrunda oyunda Monteneqro və Serbiya yığmaları üz-üzə gəlib.
Qarşılaşma serblərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, final mərhələsində Azərbaycan və Macarıstan seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Görüş saat 20:00-da start götürəcək.