"Mançester Yunayted" Braziliya millisinin futbolçusu Mateus Kunyanı transfer edib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mançesterlilər 26 yaşlı hücumçu üçün "Vulverhempton"a 62.5 milyon funt sterlinq ödəyib. Bu, oyunçunun müqaviləsində olan sərbəst buraxılma bəndinin məbləğidir. Onunla 5+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mateus Kunya bu mövsüm "Vulverhempton"un heyətində 36 oyuna çıxaraq 17 qol vurub və 6 qolun ötürməsini edib.