Rusiya Hava Hücumundan Müdafiə qüvvələri (HHM) regionlar üzərində 162 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“HHM vasitələri ilə 162 təyyarə tipli Ukrayna PUA-sı məhv edilib: 57 PUA - Kursk vilayəti ərazisi üzərində, 31 PUA - Belqorod vilayəti, 27 PUA - Lipetsk vilayəti, 16 PUA - Voronej vilayəti, 11 PUA - Bryansk vilayəti, 11 PUA - Ryazan vilayəti, 6 PUA - Oryol vilayəti, 2 PUA - Krım Respublikası ərazisi üzərində və 1 PUA - Tambov vilayəti ərazisi üzərində vurulub", - nazirlikdən bildirilib.
Xatırladaq ki, bir gün əvvəl Ukrayna tərəfi Rusiya aerodromlarına kütləvi zərbə endirib.