ABŞ-ın Kolorado ştatında bir nəfərin molun qarşısında nümayiş keçirən insanların üzərinə alışqan maddələr atmasın nəticəsində səkkiz nəfərin xəsarət alıb.
“İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu İsrailli girovlara dəstək məqsədilə keçirilmiş dinc aksiyaya hücumu hələlik “terror aktı” kimi nəzərdən keçriir.
Şübhəli şəxs 45 yaşlı Misir vətəndaşı Muhamməd Səbri Süleymandır. Viza müddəti 2023-cü ildə bitmiş şübhəlinin nüayişçilərin üzərinə Molotov kokteylləri atdığı bildirilir. O sonradan hüquq mühafizə orqanları tərəfindən həbs olunub.
Faktla bağlı araşdırma aparılır.