02 iyun 2025 12:52
170

Rusiya Türkiyədəki səfirini DƏYİŞİR - YENİ SƏFİR KİM OLACAQ?

Rusiya Türkiyədəki səfirini dəyişmək niyyətindədir.

“İki sahil” xəbər verir ki,  bu barədə “Kommersant” üç mənbənin məlumatına əsasən xəbər yayıb.

Bildirilir ki, diplomatik missiyanın yeni rəhbəri Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin olacaq.

Verşinin 2018-ci ilin mart ayından nazir müavini vəzifəsində çalışır. Bundan əvvəl o, Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinin direktoru olub. Eyni zamanda, 2011-ci ildən Xarici İşlər Nazirinin Yaxın Şərq nizamlanması üzrə xüsusi nümayəndəsi vəzifəsini tutub. 2017-ci ilin yanvarından Astana formatında danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri olub.

Sergey Verşinin Rusiyanın Türkiyədəki səfiri vəzifəsində 2017-ci ildən bu vəzifəni icra edən Aleksey Erxovu əvəz edəcək.