02 iyun 2025 20:24
202

Berbok BMT Baş Assambleyasının prezidenti seçilib

Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının yeni prezidenti seçilib.

“İki sahil” “Spiegel” qəzetinə istinadla xəbər verir ki, iyunun 2-də BMT-nin mənzil-qərargahında keçirilmiş səsvermədə 193 üzv dövlətdən 167-si onun lehinə səs verib. Almaniyanın Yaşıllar partiyasının nümayəndəsi olan 44 yaşlı A.Berbok bu vəzifəyə yeganə namizəd olub. Adətən alternativ namizəd olmadıqda Baş Assambleyada namizəd konsensus əsasında və səsverməsiz təsdiqlənir. Lakin bu dəfə Rusiyanın tələbi ilə gizli səsvermə keçirilib.

Almaniyanın sabiq xarici işlər naziri seçkilərdən sonra verdiyi açıqlamada göstərilən etimada görə təşəkkürünü bildirib və BMT Baş Assambleyasında dürüst vasitəçi olmaq istədiyini vurğulayıb.

Berbok vəzifəsinin icrasına rəsmi şəkildə sentyabrın 9-da başlayacaq.