03 iyun 2025 17:00
183

Azərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş keçirilib

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin Müdafiə Nazirliyinin əməkdaşları arasında görüş keçirilib. 

“İki sahil” xəbər verir ki,  Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə tərəflər birgə əməkdaşlıq çərçivəsində görülən işlərin cari vəziyyətini təhlil edib, perspektiv planlara dair müzakirələr aparıb və qarşılıqlı maraq doğuran digər məsələlərdən danışıblar.