05 iyun 2025 11:39
123

İsveç Ukraynaya 57 milyon dollar hərbi yardım ayırıb

İsveç Ukraynaya hərbi yardım üçün 57 milyon dollar ayırıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

“Hökumət İsveç Silahlı Qüvvələrinə NATO vasitəsilə Ukraynaya dəstək üçün 550 milyon İsveç kronu (57 milyon dollar) ayırmağı tapşırıb”, - deyə, nazirliyin bəyanatında deyilir.

Bundan əvvəl Hollandiyanın Ukraynaya 400 milyon avro dəyərində daha bir yardım paketi təqdim edəcəyi məlum olub.