05 iyun 2025 13:21
170

"Qarabağ" klubu Avstriyada təlim-məşq toplanışında olacaq

"Qarabağ" klubu Avstriyada təlim-məşq toplanışında olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, hazırlıq prosesi iki mərhələdən ibarət olacaq:

"İyunun 18-dək iyulun 2-dək Bakıda toplanış keçəcəyik. İyulun 16-dək isə yeni mövsümə Avstriyada hazırlaşacağıq. Yoxlama oyunlarındakı rəqiblər hələlik tam dəqiqləşməyib".

Qeyd edək ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi iyunun 18-də müəyyənləşəcək. Bu raundun ilk matçları 22-23 iyul, cavab qarşılaşmaları 29-30 iyulda gerçəkləşəcək.