İsrail Müdafiə Qüvvələri İsveçli ətraf mühit fəalı Qreta Tunberqin Madleen humanitar gəmisinin göyərtəsində Qəzza zolağına girməsinə icazə verməyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Jerusalem Post" qəzeti öz mənbəysinəd istinadla məlumat yayıb.
Nəşrin materialında qeyd edilir ki, İsrail Müdafiə Qüvvələri qərara alıb ki, göyərtəsində Qreta Tunberq də daxil olmaqla 12 fəalın olduğu “Azadlıq Donanması”na aid olan bu gəminin Qəzza zolağına yanaşmasına və hətta yaxınlaşmasına icazə veməyəcək.
Nəşr yazır ki, İsrail gəminin Qəzzanın blokadasını yarmasını istəmir.