06 iyun 2025 18:04
110

HƏMAS Qəzzaya nəzarəti Fələstinin digər strukturlarına verməyə hazırdır

Fələstinin HƏMAS hərəkatı İsrailin hərbi əməliyyatları dayandıracağı təqdirdə Qəzza zolağına nəzarəti Fələstinin digər strukturlarına verməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə “İnterfaks” HƏMAS nümayəndəsi Xəlil əl-Həyaya istinadən məlumat yayıb.

“İsrailin hərbi əməliyyatlarına son qoymaqla bağlı razılıq əldə olunarsa, HƏMAS Qəzzaya nəzarəti dərhal peşəkar milli Fələstin strukturuna verməyə hazırdır”, - Xəlil əl-Həya deyib.

O, İsrail hökumətinin atəşkəs razılaşmasına nail olmaq üçün danışıqlara maneələr yaratdığını qeyd edərək, HƏMAS-ın da öz növbəsində növbəti ciddi danışıqlara hazır olduğunu bildirib.