Ukraynanın Odessa vilayətindəki Zatoka kurortunda iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın KİV-ləri Odessa vilayəti polisinin bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, partlayış iki nəfər dənizdə çimən zaman baş verib. Onların şəxsiyyətləri hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilir.
Polis hadisə ilə bağlı araşdırma aparır.