07 iyun 2025 21:03
87

Millimiz Gürcüstana qalib gəlib

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirib.

“İki sahil” xəbər verir ki, yığma Gürcüstan kollektivi ilə üz-üzə gəlib.

İsveçdə təşkil olunan qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda ötən gün İsveçə uduzub - 0:3.