Çin Xalq Respublikasının Baş nazirinin müavini He Lifen Böyük Britaniyada səfərdə olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Böyük Britaniya hökumətinin dəvəti ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Dövlət Şurasının baş nazirinin müavini He Lifen iyunun 8-dən 13-dək Böyük Britaniyada səfərdə olacaq. Səfər zamanı o, Çin-ABŞ ticarət və iqtisadi məsləhətləşmə mexanizminin ilk iclasını keçirəcək”, - məlumatda deyilir.
Çin və ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi mayın 10-11-də Cenevrədə keçirilən danışıqlardan sonra yaradılıb. İsveçrədə keçirilən həmin görüşdə Pekin və Vaşinqton may ayına qədər məbləği 100%-dən çox olan qarşılıqlı rüsumları qismən azaltmaq barədə razılığa gəliblər.