07 iyun 2025 22:22
87

Millimiz Avropa Qızıl Liqasında növbəti oyununa çıxıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Qızıl Liqasında növbəti oyununa çıxıb.

İki sahil”in məlumatına görə, komandamız Slovakiyada təşkil olunan 2-ci tur çərçivəsində Monteneqro yığması ilə üz-üzə gəlib.

Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 3-cü turun qarşılaşmaları 13-15 iyun tarixlərində Xorvatiyada təşkil olunacaq. Bu mərhələdə rəqiblərimiz meydan sahibi və Rumıniya yığması olacaq.

Avropa Qızıl Liqası (qadınlar)

İyun

II tur (Slovakiya)

Monteneqro - Azərbaycan 3:1 (25:18, 16:25, 25:19, 25:18)