ABŞ prezidenti Donald Trampın İlon Maskla münaqişələrə görə “SpaceX” ilə müqavilələrinə xitam verməsi kosmosda Rusiyadan asılılığa səbəb olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə “Newsweek” nəşri Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Aerokosmik Təhlükəsizliyi Layihəsinin direktor müavini Kleyton Svoupun məktubuna istinadən yazıb.
Məktubda deyilir ki, “SpaceX”lə əməkdaşlığı dayandırmaq, bu gün mövcud olan digər variantlarla doldurmaq mümkün olmayan böyük bir boşluq buraxacaq:
O, həmçinin qeyd edib ki, ən böyük zərər kosmosa buraxılışlara və beynəlxalq kosmik stansiyalara xidmətə dəyəcək. NASA kosmik stansiyaya çatmaq və geri qayıtmaq üçün bir daha Rusiyaya üz tutmalı olacaq.
Qeyd edək ki, milyarder İlon Mask ilə münaqişədən sonra Ağ Ev lideri Donald Tramp deyib ki, ABŞ hökuməti iş adamına məxsus şirkətlərlə bağlanan dövlət müqavilələrini qiymətləndirəcək.
“New York Times” bəyan edib ki, Maskın şirkətləri 2024-cü ildə 17 dövlət qurumu ilə 100 müqavilə əsasında təxminən 3 milyard dollar əldə edib.