08 iyun 2025 15:29
101

"Real" 16 yaşlı futbolçu transfer edir

"Real" "Ayaks"ın futbolçusu Abdellah Uazanı transfer etməyə yaxındır.

“İki sahil” xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Niderland klubu yetirməsinə 3 dəfə müqaviləni uzatmaq təklifi edib. 16 yaşlı mərkəz yarımmüdafiəçisi iyunun 30-da azad agent olacaq. Bundan sonra mərakeşli futbolçunun "Real"a keçəcəyi vurğulanıb. 

Uazan 2016-cı ildən "Ayaks" sistemindədir. Ötən mövsüm yarımmüdafiəçi bütün yarışlarda 20 matçda iştirak edib, 7 qol vurub və 1 məhsuldar ötürmə verib.