08 iyun 2025 16:37
108

Bernardo Silva "Mançester Siti"ni tərk edir?

"Mançester Yunayted"in aparıcı futbolçularından olan Bernardo Silva karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.

"Əl-Hilal" klubu 30 yaşlı yarımmüdafiəçiyə təklif göndərib.

Bildirlir ki, "Əl-Hilal" bir neçə aydır portuqaliyalı futbolçunu yaxından izləyir. "Maçester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın heyəti yeniləmək istədiyi üçün Bernardonu buraxa biləcəyi vurğulanır.

Silva 2017-ci ilin yayından "Mançester Siti"də çıxış edir. Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 49 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.