09 iyun 2025 16:06
91

Rusiyalı hərbi əsirlərin birinci qrupu Rusiyaya qaytarılıb

25 yaşına çatmamış rusiyalı hərbi əsirlərin birinci qrupu İstanbulda əldə olunmuş razılaşmalara uyğun olaraq Rusiyaya qaytarılıb.

“İki sahil” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin eyni sayda hərbi əsiri Kiyevə təhvil verilib”, - məlumatda bildirilib. Mübadilə edilən əsirlərin sayı açıqlanmayıb. Bildirilib ki, hazırda hərbçilər Belarusdadırlar, onlara zəruri psixoloji və tibbi yardım göstərilir. "Bütün rusiyalı hərbçilər Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün ölkəyə gətiriləcəklər", - məlumatda qeyd olunub.