09 iyun 2025 19:17
98

Finlandiyada NATO-nun hərbi təlimləri keçiriləcək

İyunun 16-dan 27-dək Finlandiyada NATO-nun "Atlantic Trident 25" hərbi təlimləri keçiriləcək.

“İki sahil” xəbər verir ki,  bu barədə Finlandiya Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin məlumatında bildirilir. Təlimdə Finlandiya, ABŞ, Böyük Britaniya və Fransa hərbi hava qüvvələri iştirak edəcək və 40-dan çox təyyarə və 1 000-ə yaxın şəxsi heyət cəlb olunacaq. Təyyarələr Finlandiyanın "Tikkakoski", "Satakunta", "Rissala" və Laplandiyadakı aviabazalarından havaya qalxacaq.

"Atlantic Trident" təlimləri iki ildən bir keçirilir.