"Bizim üçün çox vacib oyundur. Yoldaşlıq oyunu deyə bir anlayış yoxdur. Biz buraya öz işimizi görməyə gəlmişik".
“İki sahil” xəbər verir ki, bu sözləri Macarıstan millisinin üzvü Loik Neqo Azərbaycan yığmasına qarşı sabah keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, yoldaşlıq görüşü olmağına baxmayaraq, nəticənin əhəmiyyət kəsb etdiyini söyləyib: "Azərbaycanla oyun DÇ-2026-nın seçmə mərhələsindən əvvəl keçirəcəyimiz son matçdır. Ona görə nəticə də vacibdir. Həmişə belə olub. Biz həmişə qələbə qazanmaq istəyirik. Meydanda iş görmək lazımdır".
Qeyd edək ki, iyunun 10-da keçiriləcək Azərbaycan - Macarıstan matçı saat 20:00-da başlayacaq.