10 iyun 2025 02:27
89

Le Pen Avropa İttifaqında islahatlara çağırır

"Sağçı qüvvələr Avropa İttifaqında (Aİ) islahatlara rəhbərlik etməlidir".

“İki sahil” lenta.ru-ya istinadən xəbər verir ki, bu çağırışla Fransa parlamentində Milli Mitinq partiyasının lideri Marin Le Pen çıxış edib.

Siyasətçinin fikrincə, Avropada azad, tabe olmayan dövlətlərin əməkdaşlıq məkanı yaradılmalıdır.

"Biz Avropa xalqlarına ən vacib şeyi qaytaracağıq: öz ölkələrinə kimin gəlib orada qala biləcəyinə qərar vermək hüququ", - deyə o vurğulayıb.

Le Penin fikrincə, sağçıların rəhbərliyi altında Aİ dövlətləri bloklara sadiqlikdən imtina edəcəklər.

Bundan əvvəl Le Pen bildirmişdi ki, Aİ hakimiyyəti bloka üzv ölkələrin vətəndaşlarını Şərqdə müharibəyə hazırlayır. O bildirib ki, Avropa Parlamentində bütün tematik komitələr bu məsələ üzərində fəal işləyir. Eyni zamanda, siyasətçi Fransanın genişmiqyaslı müharibə aparmaq qabiliyyətini şübhə altına alıb, çünki respublikanın hakimiyyət orqanları, onun sözlərinə görə, futbol matçları günlərində Yelisey Sarayından 200 metr aralıda baş verən xaosun öhdəsindən gələ bilmirlər.