Bu gün Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirəcək.
“İki sahil” xəbər verir ki, Fernandu Santuşun baş məşqçilik etdiyi komanda Macarıstanı qəbul edəcək. "Liv Bona Dea Arena"da oynanılacaq görüş saat 20:00-da başlayacaq.
Azərbaycan millisi 3 gün əvvəl Latviya yığması ilə də yoldaşlıq oyunu keçirib. Bu matç 1:1 hesabı ilə yekunlaşıb.
10 iyun
Yoxlama oyunu
20:00. Azərbaycan - Macarıstan
Baş hakim: Viktor Şimusik (Belarus)
"Liv Bona Dea Arena"